"Tarixin ən yaxşı futbolçusuyam" - Ronaldo
12 oktyabr 2026 15:29 (UTC +04:00)

"Tarixin ən yaxşı futbolçusuyam" - Ronaldo

0

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab etdiyini bildirib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ulduz futbolçu bu barədə “CNN Portugal”a açıqlamasında danışıb.

Ronaldonun sözlərinə görə, onun karyerası ərzində göstərdiyi nəticələr və vurduğu qollar bu fikri söyləməyə əsas verir.

“Əgər mən 925-930 qol vurmuşamsa, deməli, tarixin ən yaxşı futbolçusuyam. Meydanda demək olar ki, hər şeyi bacarıram. Başla yaxşı oynayıram, cərimə zərbələrini yerinə yetirirəm, hər iki ayağımla güclü zərbələr vururam, sürətim və fiziki gücüm var. Kimlərsə Messini, Peleni və ya Maradonanı daha çox bəyənə bilər. Mən bunu başa düşür və onların seçiminə hörmətlə yanaşıram”, – deyə Ronaldo bildirib.

Qeyd edək ki, daha əvvəl Portuqaliya Futbol Federasiyasının Ronaldonu milli komandanın oyunlarından müvəqqəti kənarlaşdırdığı barədə məlumat yayılıb.

Buna səbəb futbolçunun Norveçlə Millətlər Liqası qarşılaşmasında ehtiyat oyunçular skamyasında qalmasından sonra milli komandanın düşərgəsini tərk etməsi olub.

Sonradan Ronaldo hərəkətinə görə üzr istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar