“Qələbə qazansaq da, mənim üçün danışmaq asan deyil"”.
Lent.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
50 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin II turunun “Nant”la ev oyunundan sonra mətbuat konfransına qatılıb. Qurbanov “Böyük beşlik” təmsilçisi üzərində qələbəyə şərh verib: “Matçın məsuliyyətini dərk edirdik. İlk hissədə həyəcan hiss olundu. Allah şəhidlərimizə rəhmət etsin. Ağır gündür. Allah Ordumuzu qorusun. Ürəyimiz oradadır. Qalibiyyət haqqında çox şey demək istəmirəm. Sırf bu gün qələbə qazandığımız üçün sevinirəm. Xalqımız bunu bizdən gözləyirdi. Rəqibə uğurlar arzulayıram və futbolçularımı təbrik edirəm”.
Qeyd edək ki, “Qarabağ” “Nant”a 3:0 hesabı ilə qalib gəlib.