Avropa Liqasının qrup mərhələsinin II turunun "Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər.
Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov açıqlayıb.
Qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında çıxış edən 50 yaşlı mütəxəssis Azərbaycan-Ermənistan sərhədində şəhid olan hərbiçilərimizə görə matçın sükutla başlaması üçün klub tərəfindən UEFA-ya müraciət olunduğunu söyləyib: "Nə qərar verəcəklərini sabah bizə bildirəcəklər".
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.