“Qarabağ” Polşa klubuna uduzdu
18 yanvar 2023 20:58 (UTC +04:00)

“Qarabağ” Polşa klubuna uduzdu

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qarabağ” növbəti yoxlama oyunlarını keçirib.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Azərbaycan çempionu bu gün iki matça çıxıb.

Yanvarın 4-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Qurban Qurbanovun yetirmələri öncə “Çukariçki” ilə qarşılaşıb. Matç Ağdam klubunun qələbəsi ilə başa çatıb. Kevin Medinanın vurduğu qol Qurban Qurbanovun komandasına qələbə qazandırıb. 

Təmsilçimizin qardaş ölkədəki son sınağı “Poqon”a qarşı olub. Komandamız avrokuboklarda məğlub etdiyi rəqibinə 2:4 hesabı ilə uduzub.

Bu matçlarla “Qarabağ” Antalyadakı yoxlama görüşlərini başa vurub. Məşqlərini Türkiyədə davam etdirəcək Qurbanovun komandası yanvarın 23-də Bakıya qayıdacaq.

Qeyd edək ki, 2023-cü ilin ilk qarşılaşmasında Polşanın digər klubu “Rakuv”la görüşən “Qarabağ” 0:3 hesabı ilə uduzub. 

Yoxlama oyunları
18 yanvar
12:00. “Qarabağ” – “Çukariçki” (Serbiya) - 1:0
Qol: 
Kevin Medina, 42
“Mardan Sports Complex”

18:30. “Qarabağ” – “Poqon” (Polşa) - 2:4
Qol: 
Marko Yankoviç, 49. Musa Qurbanlı, 90+5
Qırmızı vərəqə: Ramil Şeydayev – Leonardo Kutris
“Qloria Sports Arena”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1731
avatar

Oxşar yazılar