Fransanın PSJ klubu slovakiyalı müdafiəçi Milan Skrinyarın transferi üçün “İnter”ə rəsmi təklif göndərməyi planlaşdırır.
Lent.az xarici mediaya istinadla bildirir ki, PSJ cari qış transfer pəncərəsi bitməmiş müdafiəçi almaq istəyir. Parislilər Skrinyarın dərhal transferi üçün 15 milyon avro təklif etmək niyyətindədirlər.
Skrinyarın özü PSJ-yə keçməyə razılıq verib. 27 yaşlı slovakiyalı “İnter”lə 2023-cü ilin yayında başa çatacaq müqaviləsini yeniləməyəcək.
Müdafiəçi cari mövsümdə bütün yarışlarda keçirdiyi 27 matçda cəmi 1 məhsuldar ötürmə edib.