Neymar "Santos"un bazasına şəxsi helikopteri  ilə getdi - VİDEO
05 fevral 2025 10:39 (UTC +04:00)

Neymar "Santos"un bazasına şəxsi helikopteri ilə getdi - VİDEO

Braziliyalı hücumçu Neymar Rio-de-Janeyrodakı evindən “Santos” klubunun bazasına yollanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Neymar “Santos”un məşqinə şəxsi helikopterində uçub, çünki futbolçu hələ də klubunun şəhərində daşınmaz əmlak almayıb. Qeyd olunur ki, oyunçu “Santos”un prestijli Morro de Santa Teresinha ərazisində yeni malikanə almağa hazırlaşır.

Qeyd edək ki, Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrıldıqdan sonra “Santos”a qayıdıb. Hücumçu 2009-2013-cü illərdə "Santos"un böyük komandasında çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 225 oyunda iştirak edib, 136 qol vurub və 64 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar