Braziliya mətbuatı PSJ-nin məşhur hücumçusu Neymarın şəxsi həyatı ilə bağlı yeni şayiələr yayıb..
Lent.az xarici mediaya istinadla bildirir ki, yeni məlumata görə, Neymar, Valensede təxəllüsü ilə çıxış edən venensuelalı müğənni Valentina Sedeno ilə sevgi münasibət qurub.
Mediada yer alan xəbərlərə görə, forvard sosial şəbəkələrdə qızla mesaj mübadiləsi edib və onu "ömürlük" istədiyini etiraf edib.
Ancaq bu "xəbər" yalnız Neymarın özünün gülüşünə səbəb olub. Futbolçu artıq bu xəbəri təkzib etməyi bacarıb, isteza ilə yeni sevgisi ilə bağlı xəbərdarlıq edilmədiyini söyləyib.
“Belə çıxır ki, mən aşiq olmuşam. Bu barədə mənə deməyi unudublar”, - braziliyalı “Twitter”də yazıb.
Valensede, 25 yaşında musiqi dünyasında ilk addımlarını atan Valentinanın səhnə adıdır. Müğənni ABŞ-da yaşayır və tez-tez çimərlikdən və hovuzdan səmimi şəkillər yükləyir, eyni zamanda çimərlik və bikini markası yaradıb.
Maraqlısı budur ki, “İnstaqram” səhifəsində onun mühəndis və veb dizayneri olduğu yazılır.