"Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşmədi
09 oktyabr 2026 21:36 (UTC +04:00)

"Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşmədi

0

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun növbəti oyunu keçirilib.

Lent.az xəbər verir ki, "Neftçi" "Sabah"ı qəbul edib. “Palms Sports Arena”da təşkil olunan görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Hazırda 16 xala malik "ağ-qaralar" turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Eyni xala malik qonaqlar isə ikinci yerdədir.

Turun bu gün baş tutan açılış oyununda "Kəpəz" səfərdə "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, tura oktyabrın 11-də yekun vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar