“Neftçi” “Qarabağ”la üz-üzə
02 dekabr 2022 04:36 (UTC +04:00)

“Neftçi” “Qarabağ”la üz-üzə

Bu gün Misli Premyer Liqasında XVI tura start veriləcək.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, turun ilk günündə bir oyun baş tutacaq.

Ölkənin iki ən titullu klubu Azərbaycan derbisində üz-üzə gələcək. “Neftçi” “Qarabağ”ı “Bakcell Arena”da qəbul edəcək.

Meydan sahibləri məğlubiyyətsiz irəliləyən ağdamlıların 35 matçlıq seriyasını qırmaqla liderlə fərqini azaltmağa çalışacaq. Qurban Qurbanovun yetirmələri isə ardıcıl iki heç-heçədən sonra azarkeşlərini yenidən sevindirmək niyyətindədir.

Qeyd edək ki, tura dekabrın 4-də yekun vurulacaq.

Misli Premyer Liqası
XVI tur
2 dekabr
21:00. “Neftçi” – “Qarabağ”
Baş hakim: 
Elçin Məsiyev
“Bakcell Arena”

# 1917
avatar

Oxşar yazılar