Mundialda gümüş medal
11 sentyabr 2022 22:13 (UTC +04:00)

Mundialda gümüş medal

Azərbaycanın daha bir güləşçisi dünya çempionatında final görüşünə çıxıb.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Serbiyanın paytaxtı Belqraddakı mundialın ikinci günündə Ülvi Qənizadə çempionluq qarşılaşmasında qüvvəsini sınayıb.

72 kq çəkidə mübarizə aparan yunan-Roma güləşçimiz serbiyalı Ali Feyzollah Arsalan ilə üz-üzə gəlib. Güləşçimiz 4:7 hesabı ilə uduzub və gümüş medalla kifayətlənib.

Bu, yığmamızın ikinci medalı olub. 55 kq çəkidə Eldəniz Əzizli dünya çempionu adına yiyələnib.

Qeyd edək ki, sabah yunan-Roma millimiz daha 4 medal qazanmaq imkanına malikdir. Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal, Rafiq Hüseynov (82 kq) isə təsəlliverici qarşılaşmada mübarizə aparacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1674
avatar

Oxşar yazılar