Mourinyo "Roma"dan  ayrıla bilər
16 yanvar 2023 15:41 (UTC +04:00)

Mourinyo "Roma"dan ayrıla bilər

"Roma"nın baş məşqçisi Joze Mourinyo mövsüm başa çatdıqdan sonra komandanı tərk edə bilər.

Lent.az bildirir ki, bu barədə İtaliya mətbuatı xəbər verir. 

Mənbənin sözlərinə görə, portuqaliyalı mütəxəssis klub rəhbərliyinin siyasətindən və transfer proseslərindən narazıdır.

Mourinyo 2021-ci ildən “Roma”da işləyir, Roma klubu ilə Konfrans Liqasının qalibi olub. Bu mövsüm "Roma" 34 xal toplayıb və A Seriyasında avrokubok zonasından kənarda, yeddinci yerdədir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1485
avatar

Oxşar yazılar