PSJ-nin argentinalı hücumçusu Lionel Messi yaxın vaxtlarda klub rəhbərliyi ilə görüşəcək.
Lent.az bildirir ki, bu barədə xarici mətbuat xəbər verir.
Mənbələrin məlumatına görə, tərəflər 2023-cü ilin yayında başa çatacaq müqavilənin uzadılması şərtlərini müzakirə edəcəklər. Lakin yaxın vaxtlarda müqavilə imzalanmayacaq.
Xatırladaq ki, hücumçu 2021-ci ilin avqustunda azad agent kimi “Barselona”dan paytaxt klubuna keçib. O vaxtdan bəri o, parislilərin heyətində 59 oyuna çıxıb, 23 qol vurub və 29 məhsuldar ötürmə edib.