“Mançester Yunayted”in futbolçusu Fakundo Pellistri İngiltərə klubunu tərk edəcək.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, klub rəhbərliyi 20 yaşlı uruqvaylıdan müqaviləyə qarşılıqlı şəkildə xitam verilməsini xahiş edib.
Cənubi amerikalı hücumçu baş məşqçi Erik Ten Haqın planlarına daxil deyil. Ötən mövsüm Pellistri “Alaves”in formasını geyinib.
Qeyd edək ki, Fakundo La Liqada 21 matç keçirib.