“Mançester Siti” 70 milyona  müdafiəçi alır
30 may 2026 12:45 (UTC +04:00)

“Mançester Siti” 70 milyona müdafiəçi alır

0

“Mançester Siti” “Atalanta”nın sağ cinah müdafiəçisi Marko Palestranı transfer etmək niyyətindədir.

Lent.az xəbər verir ki, “şəhərlilər” italiyalı futbolçunun keçidi ilə bağlı klubla razılıq əldə etməyə çalışır.

Məlumata görə, 21 yaşlı futbolçu ilə bağlı “Mançester Siti” və “Atalanta” arasında danışıqlar artıq başlayıb. Bildirilir ki, İtaliya klubu transfer şərtlərini müzakirə etməyə açıqdır və Palestra üçün 70 milyon avro tələb edir.

“Mançester Siti”nin ilkin təklifi 50 milyon avro olub. Lakin tərəflərin təxminən 60 milyon avro məbləğində razılığa gələcəyi və bundan sonra transferin rəsmən açıqlanacağı gözlənilir.

Cari mövsümdə Marko Palestra icarə əsasında “Cagliari Calcio” klubunda çıxış edib. O, 37 oyunda meydana çıxaraq bir qol vurub və dörd məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 35 milyon avro qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 162

Oxşar yazılar