Keçmiş boksçu 22 ton  kokain alverində   ittiham olunur
02 noyabr 2022 19:58 (UTC +04:00)

Keçmiş boksçu 22 ton kokain alverində ittiham olunur

ABŞ Ədliyyə Nazirliyi ağır çəkili Monteneqrolu keçmiş boksçu Qoran Qoqiçə 1 milyard dollardan artıq 22 ton kokain qaçaqmalçılığında ittiham irəli sürüb. 

Lent.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.

43 yaşlı idmançı oktyabrın 30-u axşam saatlarında həbs edilib. O, Mayami Beynəlxalq Hava Limanından (Florida, ABŞ) İsveçrənin Sürix şəhərinə uçmağa cəhd edərkən saxlanılıb.

Prokurorlar Qoqiçi üç maddə üzrə federal dəniz narkotik qanununu pozmaqda və bir sui-qəsddə ittiham ediblər. Hər bir maddəyə görə minimum 10 il həbs və mümkün ömürlük həbs cəzasına məhkum edilə bilər.

Nyu-Yorkun Şərq bölgəsi üzrə prokuroru Breon Pis açıqlamasında Qoqiçin həbsini “hüquq-mühafizə orqanlarının parlaq qələbəsi” adlandırıb. Eyni zamanda keçmiş boksçunun vəkili hadisənin idmançı üçün tam sürpriz olduğunu qeyd edib. "O, günahsızlığında israrlıdır", - hüquq müdafiəçisi əlavə edib.

Qoqiç 2019-cu ildə üç kommersiya yük gəmisindən 20 tondan çox kokain ələ keçirməkdə ittiham olunur.

Prokurorluğun məlumatına görə, cinayəti törədənlər Kolumbiyadan Avropaya qeyri-qanuni maddələri Amerika limanları vasitəsilə daşıyır, gecə saatlarında kran və torlardan istifadə edərək yaxınlaşan qayıqlardan yük gəmilərinin üzərinə narkotikləri qaldırırdılar. Qeyd olunur ki, bu sxemdə Qoqiç logistika ilə məşğul olub: o, ekipaj üzvlərinin, kolumbiyalı narkotik alverçilərinin və avropalı dokerlərin hərəkətlərini koordinasiya edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2094
avatar

Oxşar yazılar