İngiltərə Premyer Liqasında oyunlar TƏXİRƏ SALINDI
09 sentyabr 2022 15:12 (UTC +04:00)

İngiltərə Premyer Liqasında oyunlar TƏXİRƏ SALINDI

İngiltərə Premyer Liqasının VII turu təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqanın mətbuat xidməti açıqlayıb.

Belə addım atılmasına Böyük Britaniyanın kraliçası II Yelizavetanın ölümü səbəb olub. 1952-ci il fevralın 6-da 25 yaşında taxta çıxan kraliça 70 il ölkəni idarə edib.

Qeyd edək ki, II Yelizavetanın 97 yaşında ölümünə görə Avropa Liqasının “Mançester Yunayted” – “Real Sosyedad” görüşü 1 dəqiqəlik sükutla başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2055
avatar

Oxşar yazılar