Slaven Biliç
16 dekabr 2020 16:31 (UTC +04:00)

Slaven Biliç

İngiltərə klubu baş məşqçini istefaya göndərdi

0

İngiltərənin “Vest Bromviç” klubunda gözlənilən ayrılıq baş verib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Slaven Biliçlə birgə bütün məşqçilər korpusu istefaya göndərilib. 

Rəhbərlik dünən “Mançester Siti” ilə bərabərə qalmasına (1:1) baxmayaraq, komandanın uğursuz mövsüm keçirməsini nəzərə alaraq, xorvatiyalı mütəxəssislə müqaviləyə xitam verib. Biliçin əvəzinə Sem Ellardaysın gətirilməsi gözlənilir.

“Vest Bromviç” hazırda 7 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1197

Oxşar yazılar