Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Forbes-in versiyasına görə ilin ən çox qazanan idmançıları siyahısında birinci yeri tutub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, futbolçu 260 milyon dollar qazanıb. Bunun da 200 milyonunu klubdan maaş olaraq alıb.
Reytinqdə ikinci yeri ispan qolfçu Jon Rahm (218 milyon) tutub. Üçüncü yerdə “İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi qərarlaşıb. O, 135 milyon qazanıb.
Ötən il də Ronaldo ən çox maaş alan idmançı olub.
Ronaldo beşqat “Qızıl top”un sahibidir. Onun adına beş Çempionlar Liqası qələbəsi, həmçinin İngiltərə, İspaniya və İtaliyada liqa titulları var. Futbolçu Portuqaliya millisi ilə birlikdə 2016-cı ilin Avropa çempionu, qitə çempionatının gümüş və bürünc mükafatçısı olub.