İki güləşçimiz dünya çempionatının YARIMFİNALINDA
10 sentyabr 2022 19:24 (UTC +04:00)

İki güləşçimiz dünya çempionatının YARIMFİNALINDA

Bu gün Serbiyanın paytaxtı güləş üzrə dünya çempionatı start götürüb.

Lent.az  Apasport.az-a istinadən xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə millinin 3 üzvü mübarizəyə qoşulub.

Eldəniz Əzizli (55 kq) 1/8 finalda italiyalı Covanni Freniyə ilk hissədə tam üstünlüklə qalib gəlib - 8:0. Dünya və Avropa çempionu 1/4 finalda yaponiyalı Şiotani Yuya da aman verməyib - 10:0. Eldəniz yarımfinalda amerikalı Maks Nouri ilə üz-üzə gələcək.

İkinci mərhələdən mübarizəyə qoşulan Ülvü Qənizadə (72 kq) qazaxıstanlı İbrahim Məhəmmədovu 4:2 hesabıyla üstələyib. Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu vaxtından əvvəl məğlub edib - 10:0. Ülvü yarımfinalda türkiyəli Selçuk Canla qarşılaşacaq.

Sənan Süleymanov (77 kq) isə ilk mərhələdə almaniyalı İdris İbayevlə qarşılaşıb. Keçən il 23 yaşadək güləşçilər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Süleymanov rəqibinə minimal fərqlə (7:8) məğlub olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2680

Oxşar yazılar

"Fənərbaxça" öz meydanında "Trabzonspor"u darmadağın etdi

"Fənərbaxça" öz meydanında "Trabzonspor"u darmadağın etdi

6 aprel 2025 , 22:10
Mançester derbisində heç-heçə

Mançester derbisində heç-heçə

6 aprel 2025 , 21:47
"Leverpul" səfərdə məğlub oldu

"Leverpul" səfərdə məğlub oldu

6 aprel 2025 , 20:31
"Kəpəz" "Sabah"ı məğlub etdi

"Kəpəz" "Sabah"ı məğlub etdi

6 aprel 2025 , 19:19
PSJ qalib gəldi - ÇEMPİON OLDU

PSJ qalib gəldi - ÇEMPİON OLDU

5 aprel 2025 , 21:22
UEFA "Çelsi"ni cərimələyəcək  - Qadın klubuna görə

UEFA "Çelsi"ni cərimələyəcək - Qadın klubuna görə

5 aprel 2025 , 19:32
Müller "Bavariya"dan gedir

Müller "Bavariya"dan gedir

5 aprel 2025 , 14:25
Ərəb klubları "Mançester Siti"nin bu oyunçusu ilə xüsusi maraqlanır

Ərəb klubları "Mançester Siti"nin bu oyunçusu ilə xüsusi maraqlanır

5 aprel 2025 , 09:42