“Real” mövsümün sonunda bir neçə futbolçusu ilə yollarını ayıracaq.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, artıq iki oyunçunun komandadan gedəcəyi, demək olar ki, dəqiqdir.
Yarımmüdafiəçi İsko və hücumçu Qaret Beyl azad agent kimi “kral klubu”nu tərk edəcək. Madridlilər adıçəkilən oyunçulara yeni müqavilə təklif etməyi düşünmür. Xüsusən də, yüksək maaşına görə Beyllə vidalaşmaq maaş büdcəsini də genişləndirəcək.