“Sabah” futbol klubu məhkəməyə verilib.
Lent.az-ın məlumatına görə, klubla bağlı futbolçu Elşən Abdullayev Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İddia müqavilələrdən əmələ gələn öhdəliklər üzə mübahisələrlə bağlıdır.
Belə ki, E. Abdullayev “Sabah” futbol klubu ilə xidməti müqavilə imzalayıb. Ancaq klub bu müqavilə üzrə futbolçuya borclu qalıb.
Qeyd edək ki, E. Abdullayev 2018-2021-ci illərdə adı çəkilən klubda oynayıb.