Fransa Mərakeşlə oyuna görə  "vətəndaş müharibəsi"nə   hazırlaşır
14 dekabr 2022 19:12 (UTC +04:00)

Fransa Mərakeşlə oyuna görə "vətəndaş müharibəsi"nə hazırlaşır

Parisin mərkəzində yerləşən məşhur prospekt, Yelisey meydanı dünya çempionatının yarımfinal mərhələsinin oyunu zamanı Fransa və Mərakeş azarkeşləri arasında “döyüş meydanına” çevrilə bilər.

Lent.az bildirir ki, “Public”in xəbərinə görə, bunu Fransanın CNews telekanalına Parisin səkkizinci dairəsinin rəhbəri Janna d'Otser deyib.

Yelisey meydanının yerləşdiyi rayon rəhbərinin sözlərinə görə, radikal mərakeşli azarkeşlər nəyisə dağıtmağa hazır şəkildə Fransa paytaxtının küçələrinə çıxırlar. O qeyd edib ki, bu, yalnız müəyyən kateqoriyalı azarkeşlərə aiddir - milli komandalarını dinc yolla dəstəkləyən mərakeşlilərin Fransa hakimiyyətinə heç bir iddiası yoxdur.

“Hər kəs müharibədən, partizan və ya vətəndaş müharibəsindən qorxur. Mərakeş və Fransadan söhbər gedirsə və siz bir-birinizin hisslərini bilirsinizsə, Yelisey çöllərinin döyüş meydanına çevrilməsini istəməzdik”, - d'Otser bildirib.

“Daily Mail”in məlumatına görə, dünya çempionatının yarımfinal mərhələsinin Fransa və Mərakeş oyununda asayişi qorumaq üçün Fransa paytaxtının küçələrinə 2 minə yaxın polis göndəriləcək.

Dekabrın 10-da dünya çempionatının 1/4 finalında Mərakeş Portuqaliyaya 0:1 hesabı ilə qalib gəlib. Yeganə qolu 42-ci dəqiqədə mərakeşli hücumçu Yussef  En-Nesiri vurub. Beləliklə, Mərakeş yığması dünya çempionatının yarımfinalına yüksələn ilk Afrika komandası olmaqla tarix yazıb. Ərəb komandasının azarkeşlərinin bu qələbəni qeyd etmələri polislə toqquşmaya və iğtişaşlara çevrilib. Fransa - Mərakeş cütünün qalibi dekabrın 18-də Argentina ilə finalda oynayacaq


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2481
avatar

Oxşar yazılar