"Formula 1" üzrə Azərbaycan Qran-prisinin proqramı bəlli olub.
Lent.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi tviter hesabınada paylaşım edib.
Paylaşımda qeyd olunur ki, yarış iyunun 10-da yerli vaxtla saat 15:00-da birinci sərbəst yürüşlə başlayacaq.
Saat 18:00-da isə ikinci test yürüşü gerçəkləşəcək. İyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da isə sıralama turu olacaq. Nəhayət, iyunun 12-də əsas yarış saat 15:00-da start götürəcək.
Qeyd edək ki, "Formula 1"də yeni mövsüm martın 20-də Bəhreyndə başlayacaq. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.