PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappe dünyanın ən çox maaş alan futbolçusu seçilib.
Lent.az bildirir ki, bu barədə “Sportico” xəbər verir.
Hücumçu parislilərlə yeni müqavilə sayəsində reytinq cədvəlinin zirvəsinə çıxa bilib. Bu mövsüm komanda ilə razılaşmaya əsasən, o, 105 milyon dollar alacaq. Daha 20 milyon Mbappeyə sponsorluq müqavilələri gətirəcək.
İkinci yerdə 113 milyonla “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo qərarlaşıb. O, mankunianlarla müqaviləyə görə 53 milyon, sponsorluq müqavilələrinə görə isə 60 milyon alacaq. PSJ-nin hücumçusu Lionel Messi dünyanın ən çox maaş alan futbolçularının üçlüyünü tamamlayıb. O, 110 milyon (62+48) qazanacaq.
Mbappe “Transfermarkt”a görə dünyanın ən dəyərli oyunçusudur. Onun dəyəri 160 milyon avro qiymətləndirilir.