Ukraynada qarşı müharibə başlayandan bəri 456 ukraynalı idmançı və məşqçi artıq həlak olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, dəhşətli statistikanı Ukrayna Gənclər və İdman Nazirliyinin mətbuat xidməti açıqlayıb.
Təfərrüatlar
“Rusiyanın təcavüzü nəticəsində 456 ukraynalı idmançı həlak olub... Ölən və yaralanan idmançıların sayı demək olar ki, hər gün artır”, - nazir səlahiyyətlərini icra edən Matvey Bednıy bildirib.
Onun sözlərinə görə, ötən həftə ağır atletika üzrə ikiqat Avropa çempionu, 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) keçirilən Olimpiadada beşinci yeri tutmuş Aleksandr Peleşenko dünyasını dəyişib.
Bundan əlavə, nazirliyin məlumatına görə, Rusiyanın hücumları nəticəsində 500-dən çox idman obyekti və 100 gənclər infrastruktur obyekti məhv edilib.