"Çelsi" onu istefaya göndərdi
21 may 2024 23:56 (UTC +04:00)

"Çelsi" onu istefaya göndərdi

Londonun "Çelsi" klubunun rəhbərliyi baş məşqçi Maurisio Poçettinonu istefaya göndərib.

Lent.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib.

Komanda rəhbərliyi Poçettinoya bu mövsümdə gördüyü işlərə görə təşəkkür edib.

Məşqçi də öz növbəsində "Çelsi"yə uğur arzulayıb.

Bu mövsüm "zadəganlar" İngiltərə çempionatında altıncı yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanıb.

Poçettino 2023-cü ilin mayında "Çelsi"yə rəhbərlik edib.

Poçettino əvvəllər İspaniyanın “Espanyol”, İngiltərənin “Sauthempton” və “Tottenhem”, eləcə də Fransanın PSJ klublarında çalışıb. Onun rəhbərliyi altında PSJ Fransa çempionu və ölkə kubokunun qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560
avatar

Oxşar yazılar