"Borussiya" artıq çəkiyə görə  futbolçunu satmaq istəyir
18 may 2024 18:18 (UTC +04:00)

"Borussiya" artıq çəkiyə görə futbolçunu satmaq istəyir

Çempionlar Liqasının finalçısı Dortmund "Borussiya"sı artıq çəkiyə görə alman oyunçu Niklas Suleni satmaq istəyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, qeyri-rəsmi məlumatlara görə, futbolçunun hazırkı çəkisi təxminən 100 kiloqramdır. "Borussiya" rəhbərliyi almaniyalını klubda yalnız ciddi pəhriz saxlaması şərti ilə saxlamağa hazırdır.

Sulenin "Borussiya" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Müqaviləyə əsasən, 28 yaşlı müdafiəçi ildə 11 milyon avro qazanır. O, "Bavariya"dan Dortmund klubuna keçib və burada da artıq çəkiyə görə narazılıqla üzləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3678
avatar

Oxşar yazılar