“Borrusiya” onu “Bavariya”ya satmaqdan  imtina etdi
17 yanvar 2023 18:12 (UTC +04:00)

“Borrusiya” onu “Bavariya”ya satmaqdan imtina etdi

Münhenqladbah “Borussiya”sının və İsveçrə millisinin qapıçısı Yan Zommer “Bavariya”ya keçməyəcək.

Lent.az bildirir ki, Almaniya mətbuatının yazdığına görə, münhenlilər qapıçı üçün səkkiz milyon avro, bonus olaraq isə bir milyon avro təklif etsə də, qarşı tərəf bu təklifi rədd edib.

Xatırladaq ki, “Bavariya”nın əsas qapıçısı və onun kapitanı Manuel Noyer zədələnib və komandanın növbəti oyunlarını buraxacaq.

“Bavariya” qış fasiləsindən sonra ilk oyununda yanvarın 20-də “Leipziq”lə qarşılaşacaq.

Bu mövsüm Zommer Almaniya Bundesliqasında 10 oyun keçirib və 14 qol buraxıb. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında İsveçrə millisinin qapıçısı üç görüşdə yeddi dəfə rəqiblərinə təslim olub.


 

# 1281
avatar

Oxşar yazılar