BİR FOTONUN HEKAYƏSİ:   Özünü inqilab üçün kişi kimi göstərdi
20 oktyabr 2021 09:14 (UTC +04:00)

BİR FOTONUN HEKAYƏSİ: Özünü inqilab üçün kişi kimi göstərdi

Amerikalı tələbə Boston marafonunu rəsmi olaraq birinci yerdə başa vurub. 

Lent.az xarici mediaya istinadla bildirir ki, onun qəhrəmanlığı sayəsində həmin məsafə tezliklə Olimpiya Oyunlarının proqramına daxil edilib.

K.V. Şvitzer - 1967-ci ildə Boston marafonunun başlanğıc protokolunda belə qeyd edilib. Bu, təşkilatçılarda şübhə yaratmayıb. Və tezliklə dünya atletikasında inqilab edib.

O zaman belə uzun məsafələrin qadınların sağlamlığına mənfi təsir göstərdiyinə inanılırdı. Buna görə də qadınların marafon yarışlarına qatılması qadağan edilmişdi.

Lakin 20 yaşlı Sirakuz Universitetinin tələbəsi Ketrin Virciniya Şvitzer sistemə meydan oxumaq qərarına gəlib.

K.V. Şvitzer kimi qeydiyyatdan keçərək (hakimlər kişi olduğunu düşünüb), başlığı başının üstünə çəkərək, Ketrin 261-ci start nömrəsini alıb və qaçıb.


Aldatma tezliklə üzə çıxıb. Uzun saçlı yaraşıqlı bir qız kişilərlə qarışdırmaq çətin imiş.

"Çəkmələrin gurultusunu eşitdim - sonra kimsə məni tutdu. Üzündən çox əsəbi olduğu sezilirdi. "Yarışdan çıx və nömrəni ver!" – deyib qışqırdı və sinəmdəki start nömrəsini qopartmağa çalışdı. Yan tərəfə tullandım. Sonra yaxınlıqda qaçan sevgilim təcavüzkarın üstünə tullanaraq onu yerə yıxdı”, - Ketrin vurğulayıb.

Hücum edən marafonun direktoru Cok Sempl olub. Sempllə Şvitzerin mübarizəsinin fotoşəkili bütün dünyaya yayılıb.

Qızı Semplin əlindən alıblar və o marafonu 4 saat 20 dəqiqəyə qaçıb. Amma finişdən sonra diskvalifikasiya olunub. 

Ketrinin bu hərəkəti bütün dünyada dəstəklənib. Bütün qitələrdə qadınların kütləvi yarışları başlayıb. Təzyiq o qədər güclü olub ki, onu 1972-ci ildə Boston marafonuna buraxıblar. 1984-cü ildə isə qadınların marafonu Olimpiya oyunlarının proqramına daxil edilib. 

Yeri gəlmişkən, Ketrin Şvitzerin 70 yaşı tamam olub. Və yenə Boston marafonunda 261-ci nömrə ilə iştirak edib.
.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2052
avatar

Oxşar yazılar