“Beşiktaş” “Bayer Leverkusen”in hücumçusu Ernest Poku ilə icarə müqaviləsi imzalayıb. Razılaşma 2027-ci il iyunun 30-dək qüvvədə olacaq.
Lent.az xəbər verir ki, 22 yaşlı niderlandlı futbolçu 2025-ci ilin avqustundan Almaniya klubunda çıxış edir. Onun “Bayer”lə müqaviləsi 2030-cu il iyunun 30-dək nəzərdə tutulub. “Beşiktaş”ın müəyyən şərtlər daxilində futbolçunun transfer hüquqlarını məcburi şəkildə alma öhdəliyi də olacaq.
Poku 2025/2026 mövsümündə bütün turnirlərdə 49 oyuna çıxıb, 6 qol vurub və 10 məhsuldar ötürmə edib.
Futbolçu karyerasına yetirməsi olduğu “AZ Alkmaar” klubunda başlayıb.
“Transfermarkt” portalı Ernest Pokunun bazar dəyərini 25 milyon avro qiymətləndirir.