“Bu cür oyunda çox qaçmalısan, mübarizə aparmalısan”.
Lent.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsində ilk qələbəsini qazanan Azərbaycan yığçmasının baş məşqçisi Canni De Byazi Estoniya ilə oyunu şərh edərkən bunu deyib.
Millmizin 2:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmadan sonra italiyalı mütəxəssis etdiyi əvəzetmələrə aydınlıq gətirib: “Oyuna yaxşı başladıq, erkən dəqiqədən qol vurduq. Fiziki cəhətdən güclü rəqibə qarşı mübarizə apardıq. Əgər bunu etməsəydik, çox çətin ola bilərdi. Yaxşı oyun göstərdik. Əvəzetmələrə gəlincə, Rahil Məmmədov, Emin Mahmudov və Mahir Emrelini sarı vərəqələri olduğu üçün əvəzlədim”.
Baş məşqçi: “Çox çətin ola bilərdi”
3642