Ukrayna millisinin futbolçuları “Avro-2024”ün açılış oyununda Rumıniya millisinə dağıdıcı məğlubiyyətdən sonra komandanın baş məşqçisi Sergey Rebrovun paltardəyişmə otağını tərk etməsini istəyib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, ukraynalı futbolçular bunu məşqçinin iştirakı olmadan bir-biri ilə söhbət etmək üçün ediblər.
Xatırladaq ki, ötən gün Münhendə Ukrayna yığması Rumıniya komandasına 0:3 hesabı ilə uduzub. Ukrayna yığması növbəti oyununu iyunun 21-də Slovakiya komandasına qarşı keçirəcək.