Amerikalı boksçu Kevin Conson adını Rusiya prezidenti Vladimir Putinin şərəfinə dəyişdiyini bildirib.
“Prezident Vladimir Putinə ən böyük iltifat etmək üçün adımı dəyişdirmək qərarına gəldim. Mənim adım indi Kevin Vladimiroviç olacaq. İndi mən 100 faiz rusam”, - Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Conson bildirib.
İyulun 24-də Conson Rusiya vətəndaşlığını almaq və həyatını Samara ilə bağlamaq istədiyini bildirib.
“İndi mən qız axtarıram. Bilirəm ki, Samaranın ən gözəl qızları var, ona görə seçmək çətin olacaq. enerjilisini axtaracağam. Burada təbiət mənim ABŞ-dakı doğma şəhərimə mümkün qədər oxşardır”, - boksçu vurğulayıb.