Teymur Rəcəbov Millətlər kubokunda yenə heç-heçə oynadı
06 may 2020 18:19 (UTC +04:00)

Teymur Rəcəbov Millətlər kubokunda yenə heç-heçə oynadı

FİDE tərəfindən təşkil olunan onlayn şahmat üzrə Millətlər kubokunda ikinci oyun gününə start verilib.

Apasport.az saytının məlumatına görə, III turda Çin – Rusiya, Hindistan – Avropa və ABŞ – Dünya cütləri üz-üzə gəlir.

Dünya yığmasının heyətində yer alan Azərbaycan millisinin şahmatçısı Teymur Rəcəbov Hikaru Nakamura ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan təmsilçimiz heç-heçə oynayıb.

Bu, Teymurun turnirdə 3-cü görüşü olub. O, ilk iki görüşdə heç-heçə edib. Dünya yığması isə Çinə 1:3 hesabı ilə uduzub, Hindistana 2,5:1,5 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu gün keçiriləcək IV turda Dünya yığması Rusiya ilə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2088
avatar

Oxşar yazılar