Azərbaycan yığması bu tarixdə toplanacaq
03 avqust 2020 04:04 (UTC +04:00)

Azərbaycan yığması bu tarixdə toplanacaq

 

Azərbaycan milli komandasının təlim-məşq toplanışının vaxtı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu yığmamızın baş məşqçisi Canni De Byazinin korpusunda yer alacaq Alessandro Skayya açıqlayıb.

O bildirib ki, millinin hazırlıq prosesi avqustun 28-də başlayacaq: “Toplanışın startı avqustun 28-nə nəzərdə tutulub. Millətlər Liqasındakı ilk matç sentyabrın 5-də keçiriləcək. Lüksemburqla qarşılaşma bizim üçün debüt olacaq. Buna görə də biz bir az tez getmək istəyirik. Amma hələ ki avqustun 5-dək ölkədə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər var. Yalnız avrokuboklarda oynayan komandalar məşq edir. Söhbət “Qarabağ”, “Neftçi” və başqalarından gedir”.

Hazırlıq sentyabrın 8-dəki matçla bitəcək.

Qeyd edək ki, millimiz sentyabrın 5-də evdə Lüksemburq, üç gün sonra səfərdə Monteneqro ilə üz-üzə gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3376
avatar

Oxşar yazılar