Vitali Kliçkonun evi yanıb
Ümumdünya Boks Şurasının (WBC) versiyası üzrə superağır çəkidə dünya çempionu Vitali Kliçkonun Ukraynanın paytaxtı Kiyevdəki evində yanğın baş verib.
Lent.az-ın məlumatına görə, hadisə vaxtı Kliçko ABŞ-da, ailəsi isə Kiyevdə olub.
Lakin onun ailə üzvlərindən heç biri evdə olmayıb. Vitali Kliçkonun həyat yoldaşı Natalya uşaqları ilə birgə başqa yerdə imiş.
Boksçunun mətbuat katibi İrina Datsyuk yanğın nəticəsində Kliçkonun mənzilinə heç bir ziyan dəymədiyini bildirib: “Vitalinin mənzili binanın 4-cü mərtəbəsində olduğu üçün yanğından heç bir xəsarət almayıb. Biz bu yanğının Kliçkonun rəqibi – ABŞ təmsilçisi Kris Arreola tərəfindən törədilmə versiyasını tam istisna edirik. Belə orijinal yolla böyük Kliçkonun psixoloji durumunu pozmaq olmaz”.
Qeyd edək ki, Vitali Kliçko ilə Kris Arreola sentyabrın 27-də ABŞ-ın Los-Anceles şəhərində döyüşəcəklər.

Oxşar yazılar

Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 03:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22