Güləşçilərimiz dünya çempionatına qələbə ilə başladı
23 sentyabr 2009 10:00 (UTC +04:00)

Güləşçilərimiz dünya çempionatına qələbə ilə başladı

Danimarkanın Herninq şəhərində keçirilən güləş üzrə dünya çempionatında bu gün Azərbaycanın bir kişi və bir qadın güləşçisi mübarizəyə başlayıb.

Lent.az-ın məlumatına görə, təmsilçilərimiz Çamsulvara Çamsulvarayev kişilər arasında 74 kq, Mariya Stadnik isə qadınlar arasında 48 kq çəkidə çıxış edir.

Artıq hər iki pəhləvanımız ilk görüşünü keçirib. 1/16 finalda Stadnik Tatsiana Xurnoviç (Belarus), Çamsulvarayev isə Yakub Kaçenakla (Slovakiya) qarşılaşıb. Hər iki güləşçimiz qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib.

Stadnik 1/8 finalda Sara Sançeslə (İspaniya) qarşılaşacaq. Çamsulvarayev isə Apostolos Taskudislə (Yunanıstan) üz-üzə gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 753

Oxşar yazılar