
Dünya və Avropa çempionlarımız Bolqarıstana yollanır
Lent.az-ın məlumatına görə, 3 həftəyədək davam edəcək toplanış yüksək dağlıq ərazidə yerləşən bazada təşkil olunacaq. Fiziki hazırlıq və dözümlülüyün artırılmasına xidmət edən hazırlıq prosesində 6 idmançımız iştirak edəcək. Kanoeçilərimiz dünya və Avropa çempionu Valentin Demyanenko, Avropa çempionları Sergey Bezuqlıy və Maksim Prokopenko, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının finalçısı Adnan Əliyev və yeniyetmələr arasında Avropa birinciliyinin gümüş mükafatçısı Andrey Kraytor olacaq. Toplanışa qatılacaq yeganə kayakçı isə 17 yaşlı Tamerlan Mustafayevdir. Avarçəkənlərimiz kayak və kanoe üzrə milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikov və məşqçi Anatoli Dudnikin rəhbərliyi altında hazırlaşacaqlar.
Qeyd edək ki, ötən ay 10 kişi və 5 qadın akademik avarçəkənimiz də qış toplanışında olub. Onlar Almaniyanın Braytenburnn şəhərində hazırlıq prosesi keçiblər.
Qeyd edək ki, ötən ay 10 kişi və 5 qadın akademik avarçəkənimiz də qış toplanışında olub. Onlar Almaniyanın Braytenburnn şəhərində hazırlıq prosesi keçiblər.
Oxşar yazılar

“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04