Peter Şmeyxel: “Azərbaycan yığması və “Neftçi”dən xəbərim var” – MÜSAHİBƏ
İngiltərənin “Mançester Yunayted” futbol klubunun və Danimarka milli komandasının əfsanəvi qapıçısı Peter Şmeyxel azərbaycanlı jurnalistlərə müsahibə verib. Lent.az 48 yaşlı veteran qolkiperin müsahibəsini təqdim edir:
- Bakı haqda hansı təəssüratlarınız yarandı?
- Məni və “Mançester Yunayted” klubunun heyətini ölkənizdə çox gözəl qarşıladılar. Buna görə təşəkkür edirəm. Karyeram ərzində istər yığma, istərsə də klub səviyyəsində bir çox ölkələrin komandaları ilə qarşılaşmaq imkanım olub. Azərbaycan keçmiş SSRİ respublikasıdır, təəssüf ki, ölkəniz müstəqillik qazandıqdan sonra da heç bir komandanızla üz-üzə gəlməmişəm. Bu, mənim Bakıya ilk səfərimdir. Ötən gün paytaxtınızı gəzmək imkanım oldu. Bakı çox gözəl şəhərdir, məndə möhtəşəm təəssüratlar bağışladı.
- 1991 – 1999-cu illərdə “Mançester Yunayted”də çıxış etmisiniz. Belə bir komandanın qapısını qorumaq Sizə nə verib?
- Hələ uşaqlıqdan “Mançester Yunayted”də oynamaq istəyirdim. Çox şadam ki, uşaqlıq arzum yerinə yetdi və istədiyim klubda oynaya bildim. 9 il müddətində bu komandanın böyüklüyünü və azarkeşlərin emosiyalarının şəxsən şahidi olmuşam. Bununla fəxr edirəm.
- “Mançester Yunayted” karyeranızın son mövsümündə Çempionlar Liqasının qalibi oldunuz. O gecə yadınızda necə qalıb?
- Doğrudan da 1998-1999-cu il mövsümünün final matçının keçirildiyi İspaniyanın Barselona şəhərindəki “Nou Kamp” stadionunda möhtəşəm ab-hava var idi. O anları unutmaq çətindir. Açığı, Almaniya “Bavariya”sına qarşı oyunumuz o qədər də yaxşı alınmadı. Bəlkə də mövsümdə ən zəif matçımızı keçirdik. Amma “Bavariya” kimi mütəşəkkil komandaya qarşı sonadək mübarizə aparmaq, 0:1 hesabı ilə uduzduğumuz vaxt 3 dəqiqəlik uzatma dəqiqələrinin 2,5 dəqiqəlik son bölümündə 2 qol vuraraq, qələbəyə nail olmaq tamamilə möhtəşəm hisslər idi. Bu, 134 illik “Mançester Yunayted” ənənəsini göstərir. Biz əvvəllər də çətin vaxtlarda toparlanmağı bacarmışdıq. Ona görə də uduzduğumuz halda, qələbəyə nail olmaq bizim üçün qeyri-adi hal deyildi.
- Hazırkı işiniz nədən ibarətdir?
- Hazırda “Mançester Yunayted”in səfiri vəzifəsində çalışıram. Əsas işim, vəzifəm dünyanın müxtəlif yerlərinə gedərək, futbolu populyarlaşdırmaqdan ibarətdir.
- Azərbaycanda futbolla bağlı daha hansı layihədə iştirakınız mümkündür?
- Hazırda belə planlar yoxdur. Amma müəyyən məsələlər müzakirə olunur. “Mançester Yunayted”in müxtəlif ölkələrdə futbolun inkişafına dair proqramları mövcuddur. Bura futbol məktəblərinin yaradılması da daxildir. Belə bir məktəb yaradılsa, bizim hazırladığımız və sertifikat verdiyimiz məşqçilər gələcək və proqram üzrə hazırlıq prosesi keçəcəklər. Müxtəlif ölkələrdəki kimi, Azərbaycanda da gələcəkdə bu cür məktəb yaradıla bilər. İndi “Bakcell”lə “Mançester Yunayted” arasında tərəfdaşlıq başlayıbsa, gələcəkdə ölkənizdə futbolun inkişafına yönəlmiş tədbirlərin keçirilməsini də gözləyə bilərik.
- Azərbaycan futbolu haqqında hansı məlumatlara maliksiniz?
- Bilirəm ki, hazırda “Neftçi” Avropa Liqasının qrup mərhələsində mübarizə aparır. Fikrimcə, bu, Azərbaycan futbolu üçün çox böyük nailiyyətdir və futbolunuzun inkişafı istiqamətində düzgün iş aparılmasının göstəricisidir. Eyni zamanda milli komandanız 2014-cü il dünya çempionatının seçmə mərhələsində F qrupunda 1 xal toplayıb. Sabah yığmanız Rusiya ilə çox önəmli oyuna çıxacaq. Qalib gəlsəniz, bu, çox maraqlı nəticə olacaq və qrupda mübarizəni daha da gərginləşdirəcək.
Elşən MƏMMƏDOV

1279