Avstriya Bundesliqasında çempion müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, “Hartberq”i 3:0 hesabı ilə yenən “Zalsburq” çempionatın sonuna iki tur qalmış qızıl medalları təmin edib.
Zalsburqlular ən yaxın izləyicisi, ehtiyatda bir oyunu olan “Rapid”i 12 xal qabaqlayır. Bu, komandanın ardıcıl 7-ci çempionluğudur. Ümumilikdə isə “Zalsburq” 14-cü dəfə ölkənin ən yaxşısı olub.
Avstriya çempionu avrokuboklara da vəsiqə qazanıb. Zalsburq təmsilçisi Çempionlar Liqasına yüksəlib. Komanda bu yarışa pley-off mərhələsindən başlayacaq.
Qeyd edək ki, “Zalsburq” bir müddət əvvəl ölkə kubokunu da ardıcıl 7-ci dəfə qazanmışdı. Bununla da komanda ardıcıl 7-ci “Qızıl dubl”a imza atıb.