Təcavüzdə ittiham olunan kişi diri kərtənkələni udub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Hindistanda baş verib.
Uttar Pradeş ştatının sakini Maheş adlı şəxs dindirilmək üçün gətirildiyi polis bölməsində huşunu itirib. Polislər onun ağzında kərtənkələ görüblər. O, yerli tibb mərkəzinə aparılıb. Həkimlər Maheşin mədəsindəki kərtənkələni çıxarıb.
Kişidən kərtənkələni niyə udduğunu soruşduqda, o, həbsxana qorxusundan bunu etdiyini deyib.