Zərərçəkən Madat Babayanı tanıdı: O, “sən türksən” deyib  məni təpiklədi
18 aprel 2025 14:28 (UTC +04:00)

Zərərçəkən Madat Babayanı tanıdı: O, “sən türksən” deyib məni təpiklədi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Yaşar Əlməmmədov ifadə verib.

Lent.az xəbər verir ki, o, 1956-cı il ildə Xocalı şəhərində anadan olduğunu, orada ailəsi ilə birlikdə yaşadğını bildirib.

Zərərçəkmiş şəxs 1992-ci il fevralın 25-də Ermənistan ordusunun Xocalıya hücuma keçdiyini, onları atəşə tutduğunu, çoxlu sayda dinc sakinin həlak olduğunu bildirib. Yaşar Əlməmmədovun sözlərinə görə, o, fevralın 27-də əsir götürülüb.

Təqsirləndirilən şəxlərdən Madat Babayanı, Bako Sahakyanı və Arkadi Qukasyanı tanıdığını deyən zərərçəkmiş daha sonra bildirib: “Madat Babayanın dəstəsinin üzvləri, şəxsən özü mənə işgəncə verib. Əsir olan vaxt Madat yaxınlaşdı, mənə “sən türksən” deyib təpiklədi, sonra təhqir etdi”.

Y.Əlməmmədov 1992-ci il martın 2-də yaralı vəziyyətdə Azərbaycan tərəfinə qaytarılıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Məhkəmədə zərərçəkmiş şəxs Madat Babayanı tanıyıb: O, “sən türksən” deyib məni təpiklədi

Məhkəmədə zərərçəkmiş şəxs Madat Babayanı tanıyıb: O, “sən türksən” deyib məni təpiklədi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1300

Oxşar yazılar

Məşhur iş adamını şirlər yedi

Məşhur iş adamını şirlər yedi

3 iyun 2025 , 19:07
Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

3 iyun 2025 , 18:17
Gəncədə stansiya işçisi qatardan yıxıldı

Gəncədə stansiya işçisi qatardan yıxıldı

3 iyun 2025 , 17:46
Naringi yeyən qadın boğulub öldü

Naringi yeyən qadın boğulub öldü

3 iyun 2025 , 17:35
DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

3 iyun 2025 , 15:43
Şəmkirdə yeniyetmə epilepsiyadan  öldü

Şəmkirdə yeniyetmə epilepsiyadan öldü

3 iyun 2025 , 15:36
Bərdədə məktəbdə FACİƏ:  şagird 3-cü mərtəbədən yıxıldı - YENİLƏNİB

Bərdədə məktəbdə FACİƏ: şagird 3-cü mərtəbədən yıxıldı - YENİLƏNİB

3 iyun 2025 , 15:35
Bakı aeroportunda ÖLÜM

Bakı aeroportunda ÖLÜM

3 iyun 2025 , 14:54