Zavodda PARTLAYIŞ:  6 işçinin meyiti tapıldı
29 may 2026 09:47 (UTC +04:00)

Zavodda PARTLAYIŞ: 6 işçinin meyiti tapıldı

0

ABŞ-ın Vaşinqton ştatının cənubundakı “Nippon Paper Industries” sellüloz-kağız zavodunda baş verən partlayışdan sonra itkin düşən doqquz işçidən altısının meyiti aşkarlanıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, çərşənbə günü yerli yanğınsöndürmə xidməti iki nəfərin öldüyünü təsdiqləyib, daha doqquz işçinin isə itkin düşdüyünü açıqlayıb.

Yerli səlahiyyətli şəxslərdən birinin sözlərinə görə, doqquz nəfərdən altısı tapılıb və ailələrin məlumatlandırılması üçün istintaq orqanları ilə iş davam etdirilir.

O bildirib ki, hadisə yerindən çıxarılan meyitlər məhkəmə-tibbi ekspertizaya göndərilməzdən əvvəl təhlükəli kimyəvi maddələrdən təmizlənməlidir ki, onların kimliyi müəyyən olunsun.

İlkin məlumata əsasən, qəzanın səbəbi “ağ qələvi məhlulu” saxlanılan rezervuarın partlaması olub. Yanğın xidməti hadisənin bütün səbəblərini araşdırmaq və gələcəkdə oxşar faciələrin qarşısını almaq məqsədilə istintaqa başlayıb.

Hadisə ilə bağlı vəziyyət dəyişməkdə davam edir və yerli hakimiyyət ictimaiyyəti rəsmi yenilikləri izləməyə çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 850

Oxşar yazılar