Zaqatala sərhədçiləri Gürcüstana qaçan  hindistanlıları saxladı
10 fevral 2024 09:20 (UTC +04:00)

Zaqatala sərhədçiləri Gürcüstana qaçan hindistanlıları saxladı

Dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olan şəxslər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Lent.az-a verilən məlumata görə, fevralın 5-də saat 19:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan Respublikası vətəndaşları 1967-ci il təvəllüdlü Mohammed Ameen və 1997-ci il təvəllüdlü Deepak saxlanılıblar. 

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7740
avatar

Oxşar yazılar