Yüksək vəzifəli polis bu əməllərinə görə HƏBS OLUNDU
09 may 2024 11:00 (UTC +04:00)

Yüksək vəzifəli polis bu əməllərinə görə HƏBS OLUNDU

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ryazan vilayəti üzrə cinayət axtarış idarəsinin rəis müavini Vitali Tsıplakov iki ay müddətinə həbs edilib. 

Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə Ryazanın Sovetski Rayon Məhkəməsi qərar verib.

Məlumata görə, həmin şəxs qanunsuz ov etməkdə və bu zaman mühafizəçilərdən birini öldürməkdə ittiham olunur. Hüquq-mühafizə orqanının əməkdaşı günahını etiraf etməyib. Tsıplakov heç bir qanun pozuntusu törətmədiyini deyib. Eyni zamanda polis zabiti onu müşayiət edən ovçulardan heç birinə xəbərdarlıq etmədən naməlum istiqamətə gedib.

Qeyd olunur ki, iş üzrə məhkəmə iclası üç saata yaxın davam edib. Müdafiə tərəfi hakimdən polis əməkdaşının həbsdə saxlanılmasını nəzərdə tutmayan qabaqlayıcı tədbir seçməyi xahiş edib. Buna baxmayaraq, məhkəmə həmin şəxsin iki ay müddətinə həbs edilməsinə qərar verib.

Bundan az əvvəl həmin rayon məhkəməsi keçmiş polis zabiti Stanislav Kostini iki aylıq həbs-qətimkan tədbirinə göndərib.

Jurnalistlər onun qanunsuz ovçuluqda və cinayəti gizlətməkdə də ittiham olunduğunu öyrəniblər. İstintaqın məlumatına görə, 2024-cü il fevralın 24-də Kostin və Tsıplakov Sobçakovo kəndi ərazisində qanunsuz ovda iştirak ediblər.

Ümumilikdə, 8 nəfərlik ovçu dəstə qar arabaları ilə meşəyə girib və sonra ovla geri qayıdıblar. Amma ovdan sonra ovçu kimi onlara qoşulan yerli sakinlərdən biri, Sergey Pentelin yoxa çıxıb.

Bir müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin itkin düşməsi ilə bağlı cinayət işi açıb. Lakin ov iştirakçılarının sözlərinə görə, ovçu özü harasa gedib və bu barədə qrupun qalan üzvlərinə heç nə deməyib.

Həbs olunanların heç biri təqsirini etiraf etmir və müdafiə tərəfi itkin düşmüş ovçunun meyitinin hələ də tapılmamasına xüsusi diqqət yetirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21822
avatar

Oxşar yazılar

İsmayıllıda 3 uşaq anasını cərəyan  vurub öldürdü

İsmayıllıda 3 uşaq anasını cərəyan vurub öldürdü

15 iyun 2024 , 19:22
Kənd ərazisindən insan kəlləsi  tapıldı

Kənd ərazisindən insan kəlləsi tapıldı

15 iyun 2024 , 19:17
“Sədərək”də YANĞIN

“Sədərək”də YANĞIN

15 iyun 2024 , 18:52
Bakıda qocaları aldadıb yarım milyondan çox  pullarını aldılar - VİDEO

Bakıda qocaları aldadıb yarım milyondan çox pullarını aldılar - VİDEO

15 iyun 2024 , 17:19
Bloqqer Hüseyn Həsənov məhkəməyə verildi  - milyonlarla borcu var

Bloqqer Hüseyn Həsənov məhkəməyə verildi - milyonlarla borcu var

15 iyun 2024 , 16:14
Ələsgər Məmmədli hospitala köçürülür

Ələsgər Məmmədli hospitala köçürülür

15 iyun 2024 , 15:40
Azərbaycan onu Avropaya təhvil verdi

Azərbaycan onu Avropaya təhvil verdi

15 iyun 2024 , 15:26
Evdən 3000 manat oğurlandı

Evdən 3000 manat oğurlandı

15 iyun 2024 , 15:03