Yeniyetmə qızların intim xidmət göstərdiyi salonda ƏMƏLİYYAT
18 aprel 2025 15:36 (UTC +04:00)

Yeniyetmə qızların intim xidmət göstərdiyi salonda ƏMƏLİYYAT

0

Rusiyanın Volqaqrad vilayətinin Voljski şəhərində polis əməkdaşları yeniyetmə qızların müştərilərə intim xidmət göstərdiyi masaj salonu aşkar ediblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, qeyri-qanuni müəssisə şəhərdə 2024-cü ilin may ayında fəaliyyətə başlayıb. Onu 33 yaşlı yerli sakin açıb.

Müəssisədə masaj adı altında yeniyetmə qızlar tərəfindən intim xidmətlər göstərilib və onlara 6 nəfər rəhbərlik edib. Həmin 6 nəfər saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsinin 3-cü hissəsi (“Fahişəliyə cəlb etmə”) ilə cinayət işi açılıb. “Masaj salonu”nun təşkilatçısı nəzarətə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3018

Oxşar yazılar