Rusiyanın Tula vilayətində bir yaşlı uşağın çoxmərtəbəli binanın pəncərəsindən yıxılması faktı ilə bağlı prokurorluq araşdırma aparır.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Petrovski kəndinin Şosseynaya küçəsində çoxuşaqlı ailənin yaşadığı mənzildə baş verib. Bir yaşlı uşaq nəzarətsiz qalıb və yeddinci mərtəbədəki evin yataq otağının pəncərəsindən yıxılıb.
Hadisə yerinə gələn həkimlər körpəni müayinə edib və onun möcüzə nəticəsində xəsarət almadığını müəyyən ediblər.
Hazırda prokurorluq hadisənin başvermə şəraitini müəyyənləşdirir.