Yardımlı rayon İcra Hakimiyyətində ƏMƏLİYYAT:  saxlanılanlar var
15 sentyabr 2026 17:34 (UTC +04:00)

Yardımlı rayon İcra Hakimiyyətində ƏMƏLİYYAT: saxlanılanlar var

0

Yardımlı rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyayata keçirilən əməliyyat nəticəsində bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər. 

"Ölkə.az"ın yaydığı xəbərə görə, tutulanlar İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Adil oğlu Mirzəyev və baş məsləhətçi Yaşar Həsənağa oğlu Eyvazovdur.

Məlumata görə, onlar qanunsuz torpaq satışında şübhəli bilinirlər. E.Mirzəyev və Y.Eyvazova qarşı vəzifədən sui-istifadə və korrupsiya ittihamları irəli sürülüb.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 698

Oxşar yazılar