Xırdalanda 32 yaşlı oğlan dəm qazından boğuldu - YENİLƏNİB
06 yanvar 2026 15:23 (UTC +04:00)

Xırdalanda 32 yaşlı oğlan dəm qazından boğuldu - YENİLƏNİB

1

Xırdalanda meyiti tapılan oğlanın dəm qazından boğulduğu məlum olub.

Lent.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Turan İlham oğlu Xəlilli yaşadığı evdə dəm qazından boğularaq ölüb.

***

saat 10:16

Xırdalanda kişinin meyiti yataq otağından tapılıb.

Lent.az xəbər verir ki, hadisə yanvarın 5-də Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” adlanan məkanda yerləşən nömrəsiz fərdi evdə baş verib.

32 yaşlı Turan Xəlillinin meyiti saat 21 radələrində qohumları tərəfindən yaşadığı evin yataq otağında aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1276

Oxşar yazılar