Zərdab rayon sakini intihara cəhd edib. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə gecə saat 22:30 radələrində rayonun Burunlu kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Qurbanov Rafiq İsmayıl oğlu təklülə, 16 kalibrli ov tüfəngi ilə özünə atəş acaraq xəsarət yetirib. Yaralı Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralı əməliyyat olunub. Polis Şöbəsindən o da bildirilib ki, R. Qurbanov yaşamaqdan bezdiyini və buna görə özünü öldürmək istədiyini deyib. Faktla bağlı araşdırma aparılır.